Canlı yayımda şahzadənin ayaqqabısını öpdü - Video

21-03-2019, 19:34           
Canlı yayımda şahzadənin ayaqqabısını öpdü - Video
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) televiziyalardan birinin aparıcısı Tarik Miyhas skandal hərəkətə imza atıb.

Axar.az xəbər verir ki, o, canlı yayımda Əbu Dabinin vəliəhdi, şahzadə Məhəmməd bin Zayid əl Nahyana məxsus ayaqqabını (O, belə fərz edib) öpüb.

“Bunun şahzadə Ali-Həzrətləri Şeyx Məhəmməd bin Zayidə məxsus olduğunu təsəvvür edirəm. BƏƏ vətəndaşı olaraq nə edəcəyimi bilirsinizmi? (Ayaqqabını öpür) Allah onu qorusun və başımızın üstündən əksik etməsin”, - deyə Miyhas bildirib.

Aparıcının bu hərəkəti ictimaiyyətdə birmənalı qarşlanmayıb. Onun bu hərəkətinin BƏƏ vətəndaşlarını təhqir etməsi kimi şərh edilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.