“Avropada tək ölkə qalsaq da, NATO-ya üzv olmayacağıq” - Müdafiə naziri

23-03-2019, 21:14           
“Avropada tək ölkə qalsaq da, NATO-ya üzv olmayacağıq” - Müdafiə naziri
“Serbiya, hətta NATO üzvü olmayan yeganə Avropa ölkəsi olaraq qalsa belə, Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmayacaq”.

Bu sözləri ölkənin müdafiə naziri Aleksandr Vulin Belqradda NATO aviasiyası tərəfindən 1999-cu ildə Yuqoslaviya İttifaq Respublikasının bombalanmasının 20 illiyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı deyib.

Qeyd edək ki, martın 24-dən iyunun 10-na kimi baş verən bombardmanda minlərlə insan ölmüşdü.

Müdafiə naziri qeyd edib ki, Serbiya hərbi baxımdan neytral mövqe seçib və heç bir halda alyansa qoşulmayacaq. Onun sözlərinə görə, xüsusilə də, Aleksandr Vuçiç Serbiya prezidenti olduğu müddətcə bu baş verməyəcək:

“Biz bu seçimi ona görə etdik ki, bizi bombalayıblar. Lakin ilk növbədə ona görə ki, heç vaxt başqasının əmri ilə bizə ediləni digər xalqlara etmək istəmirik. Serbiya müstəqil olmağı seçdi, Serbiya neytrallığı seçdi”. (qafqazinfo)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.