Pompeo: "Cənab Maduro, sərhədləri açın və humanitar yardımı ölkəyə buraxın"

15-04-2019, 08:14           
Pompeo: "Cənab Maduro, sərhədləri açın və humanitar yardımı ölkəyə buraxın"
ABŞ dövlət katibi Mayk Pompeo Venesuela prezidenti Nikolas Maduronu sərhədləri açmağa və humanitar yardımı ölkəyə buraxmağa çağırıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir açıqlamanı o, Kolumbiyanın Venesuela ilə sərhədindəki Kukuta şəhərində verib.

“Cənab Maduro, bu körpüləri açın, sərhədləri açın. Siz buna elə bu gün son qoya bilərsiniz”, - deyə Pompeo bildirib.
Dövlət katibi onu da əlavə edib ki, rəsmi Vaşinqton və Boqota “venesuelalıların gələcəyinin çox yaxşı olmasını istəyir”.

“ABŞ bütün siyasi və iqtisadi imkanlardan istifadə edərək, Venesuela xalqına kömək etməyə çalışır”, - Pompeo belə deyib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru