Vladimir Putin Kim Çen Inla görüş üçün Vladivostoka gəlib

25-04-2019, 07:28           
Vladimir Putin Kim Çen Inla görüş üçün Vladivostoka gəlib
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla birinci görüşünün keçiriləcəyi Vladivostoka gəlib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Qeyd edilir ki, danışıqlar Russki adasında, Uzaq Şərq Federal Universitetinin şəhərciyində keçiriləcək. Kim Çen In isə artıq aprelin 24-də zirehli qatarla Rusiyaya gəlib.

Rusiya - Şimali Koreya danışıqları dörd saat davam edəcək. Bu halda dövlət başçılarının təkbətək görüşü bir saat çəkəcək. Bundan başqa, Kim Çen In nümayəndə heyətlərinin görüşündən sonra rus milli mətbəxinin yeməkləri ilə də tanış olacaq.

Sammitin əsas mövzusunun Koreya yarımadasının nüvə probleminin həlli, həmçinin Rusiya və Koreya Xalq Demokratik Respublikası arasında münasibətlər olacağı gözlənilir.

Daha əvvəl Putin və Kim Çen Inın görüş tarixi və yeri məlum olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.