ABŞ Yaxın Şərqə əlavə bombardımançı təyyarələr göndərir

9-05-2019, 07:48           
ABŞ Yaxın Şərqə əlavə bombardımançı təyyarələr göndərir
Vaşinqton İran tərəfindən təhlükənin olması səbəbindən Yaxın Şərqə əlavə qüvvə göndərmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi şəxslər arasında olan mənbəyə istinadən "Associated Press" məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ regiona əlavə bombardımançı təyyarələr, həmçinin ola bilsin ki, "Patriot" zenit-raket kompleksləri göndərə bilər. "Patriot" kompleksləri ilə bağlı son qərar hələ qəbul olunmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.