ABŞ dövlət departamenti Apache helikopterlərin Qətərə satışına razılıq verib

10-05-2019, 08:35           
ABŞ dövlət departamenti Apache helikopterlərin Qətərə satışına razılıq verib
ABŞ hakimiyyəti 3 milyard dollar məbləğində olan Qətərə 24 "Apache AH-64" helikopterlərin və onlarla bağlı silahın satışına razılıq verib.

Trend-in məlumatına görə, Qətər Hava Qüvvələri daha əvvəl bu modelin 24 helikopterini alıblar.

Məlumata əsasən, helikopterlər Qətərə uzun müddətli müdafiə və hücum potensialını verəcək, eləcə də əsas neft və qaz infrastrukturunun və platformalarının qorunmasının genişləndirilməsinə imkan yaradacaq.

Razılaşmanın mümkünlüyünə dair qərar, onun artıq əldə olunmasını nəzərdə tutmur, lakin təsdiq edir ki, ABŞ hakimiyyəti müqavilənin imzalanmasında siyasi və hərbi maneələr görmürlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.