ABŞ-ın möhtəşəm silahı: Partlamadan öldürür

10-05-2019, 10:16           
ABŞ-ın möhtəşəm silahı: Partlamadan öldürür
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2017-ci ildən bəri Liviya, Suriya, İraq, Yəmən və Somalidəki əməliyyatlarda partlamayan raketdən istifadə edib.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” qəzeti yazıb.

Qəzetin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, silah “Hellfire” raketinin dəyişdirilmiş versiyasıdır. R9X adlı raketin partlamadığı, sadəcə ağırlığı ilə avtomobillərin üstünü, evlərin damını dağıdaraq insanları öldürdüyü qeyd edilib. Raketə 6 ədəd uzun bıçaq yerləşdirilib və bu bıçaqlar hədəfə az qalmış hərəkətə gələrək qarşısındakı bütün maneələri darmadağın edir. Ekspertlər bu bombaya “Nindza-bomba” adını da veriblər.

Qəzet ABŞ ordusunun bu silahı çox nadir hallarda, xüsusilə hansısa terror təşkilatının liderini məhv etmək üçün istifadə etdiyini yazıb. Məqsəd isə bomba atılan zaman ətrafdakı mülki vətəndaşlara zərər verməməkdir.

Bombanın 2011-ci ildən keçmiş prezident Barak Obamanın əmri ilə mülki insanların ölümünün qarşısını almaq üçün tətbiq edildiyi bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.