Bu ölkə türklərin deportasiyasını soyqırım kimi TANIDI

10-05-2019, 17:23           
Bu ölkə türklərin deportasiyasını soyqırım kimi TANIDI
Latviya Seymi Krım tatarlarının 1944-cü ildəki deportasiyasını soyqırım kimi tanıyıb.

Seymin qəbul etdiyi qərarda Krım türklərinə qarşı soyqırımın icraçısı qismində SSRİ göstərilib. Maraqlı olan başqa məqam sənədin məhz mayın 9-da rəsmən elan edilməsi olub.

Sənəddə həmçinin müasir Rusiyanın Krım tatarların qarşı təzyiq siyasətini davam etdirdiyi yer alıb.

Qeyd edək ki, Krım tatarlarının deportasiyasını indiyə qədər yalnız Ukrayna soyqırım kimi tanıyıb.

Krım tatarları 18 may 1944-ci ildən etibarən SSRİ rəhbərliyinin əmri ilə Hitler Almaniyası ilə əlaqədə şübhəli bilinərək öz vətənlərindən deportasiya ediliblər. Bu işə 32 min NKVD nümayəndəsi qatılıb. NKVD arxivlərində may ayından noyabra qədər olan köç zamanı 10 min nəfərin öldüyü bildirilib. Krım tatarlarının özləri isə köç zamanı əhalinin 45%-nin aclıq və susuzluqdan öldüyünü bəyan ediblər.

Deportasiya nəticəsində 193 min Krım tatarı öz vətənindən ayrı düşüb. Onlar daha çox Rusiya, Özbəkistan və Qazaxıstanda yerləşdiriliblər. (axar.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.