Erməni nazirdən BİABIRÇI SƏHV - FOTO

11-05-2019, 21:16           
Erməni nazirdən BİABIRÇI SƏHV - FOTO
Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan İkinci Dünya müharibəsi zamanı Sovet ordusunda xidmət edən erməni əsgərləri anmaq məqsədilə şəkil paylaşıb. Həmin şəklin isə nasistlərlə iş birliyində olan Erməni milislərə aid olduğu ortaya çıxıb.

Teref.az publika.az xəbər verir ki, nazirin bu paylaşımı qısa zamanda tvitterdə müzakirələrə səbəb olub.

9 May Qələbə Günü münasibətilə paylaşımında nazir Sovetlər Birliyinin Nasist Almaniyaya qarşı qələbə qazandığını bildirib:

“Sovet ordusunun qələbəsində böyük dəstəyi olan vətəndaşlarımı hörmətlə anıram. Onlar - 500 min erməni əsgəri, 60-dan çox general, 4 marşal sovet ordusunda xidmət edib. 300 min itki verdik, 106 nəfər Sovet İttifaqı qəhrəmanı oldu”.

Mnatsakanyanın bu paylaşımına əlavə etdiyi şəkillərdən birinin Sovet ordusuna qarşı müharibə aparan Alman dağ birliyinə qatılan Erməni milisinə aid olduğu məlum olub. Şəklin ön planında Alman zabitləri görünür. Arxa planda isə erməni milislərinin xalq rəqsi etdiyi görünür.

Nazir bu şəkli paylaşandan sonra səhvini anlayıb. Daha sonra bu şəkli silib və başqa foto əlavə edib.

Lakin nazirin bu paylaşımı artıq müzakirə mövzusuna çevrilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.