Yaponlar “robot-Allah” düzəltdi, aləm bir-birinə dəydi

12-05-2019, 15:44           
Yaponlar “robot-Allah” düzəltdi, aləm bir-birinə dəydi
Yaponiyanın "A-Lab Co" şirkəti Budda təliminin populyarlaşması məqsədilə dünyada ilk dəfə "robot-Allah" düzəldiblər.

Milli.Az n xəbər verir ki, süni intellektə əsaslanan mexanizm Kioto şəhərində Koday-dzi məbədində xütbə oxuyur, gələnlərin dualarını "qəbul edir".

"Mindaru" adlanan humanoid yapon mərhəmət ilahəsi Kannonun obrazı üzərində yaradılıb.

Artıq bir ay əvvəl "vəzifə"sinin icrasına başlayan "Mindaru" bir neçə xütbə keçirib.

Robotun hündürlüyü 195 santimetr, çəkisi 60 kiloqramdır. "Allah"ın karkası alüminiumdan, üz və əlləri isə silikondan istehsal edilib.
Bir neçə gün əvvəl Kiotodakı xütbələrini başa vurub, başqa məbədə getməyə hazırlaşan robota dünya ictimaiyyəti tərəfindən sərt reaksiyalar gəlib. Nəşrin Youtube kanalında yayımlanan videoçarxlarda minlərlə tənqid və təhqir var.

"Axmaqlar, bəs bu "Allah" duaları e-maillə qəbul edir?" kimi ironiyalı tənqidlərlə yanaşı, təhqir xarakterli şərhlərə də rast gəlinir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.