ABŞ polisi Venesuelanın Vaşinqtondakı səfirliyindən fəalları çıxara bilməyib - YENİLƏNİB

14-05-2019, 08:13           
ABŞ polisi Venesuelanın Vaşinqtondakı səfirliyindən fəalları çıxara bilməyib - YENİLƏNİB
Venesuelanın Vaşinqtondakı səfirliyindəki fəallar binada qalıblar, onları çıxartmaq üçün içəri daxil olan polislər isə oranı tərk ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunadək fəalların binanı könllü surətdə tərk etmələri üçün yarım saat danışıqlar aparılıb.

Bunun üçün federal agent və Vaşinqton polis formasında olan insanlar səfirlik ərazisinə daxil olublar, lakin ondan irəli getməyiblər.

Danışıqlardan sonra fəallardan 4-ü binada qalıb və ikinci mərtəbənin pəncərəsində "Çevriliş uğursuzluğa düçar oldu" plakatı ilə görünüblər. Polislər gedərkən səfirliyin girişini bağlayıblar və qapıları plastik kəndirlə dolayıblar.

***05:04

ABŞ polisi Venesuelanın Vaşinqtondakı səfirliyinin binasına daxil olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, binada Venesuela prezidenti Nikolas Maduronun sonuncu tərəfdarları qalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.