PUTİN TƏTİYƏ BASDI: Ukrayna sakinləri Rusiya pensiyası alacaq + ŞƏRTLƏR AÇIQLANDI

14-05-2019, 17:08           
PUTİN TƏTİYƏ BASDI: Ukrayna sakinləri Rusiya pensiyası alacaq + ŞƏRTLƏR AÇIQLANDI
Rusiya vətəndaşlığını qəbul edəcək qondarma Donetsk və Luqansk xalq respublikalarının sakinləri Rusiya pensiyası almaq üçün ölkə ərazisində qeydiyyatdan keçməli olacaqlar.

Savash.org-un məlumatına görə bu haqda əmək naziri Maksim Topilin bildirib. Nazir açıqlamasında bəyan edib ki, Rusiya büdcəsində DXR ilə LXR sakinlərinə pensiya ödəmək üçün yetərincə vəsait var. “Bu həmçinin Pensiya Fondu və sosial sığorta Fondu üçün də problem yaratmayacaq”,- deyə Topilin dəqiqləşdirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin apreldə DXR ilə LXR sakinlərinin Rusiya vətəndaşlığı alması qaydalarını sadələşdirən sərəncam imzalayıb. Bundan sonra ölkə başçısı əcnəbilərin Rusiya vətəndaşlığı alması prosedurunu sadələşdirən daha bir sərəncam imzalayıb. Putin bəyan edib ki, bu qərar sırf humanitar xarakter daşıyır.

Yeni seçilmiş Ukrayna prezidenti Vladimir Zelenskiy Moskvanın bu qərarına cavab olaraq bəyan edib ki, Ukrayna da “korrupsuyalaşmış və avtoritar rejimlərdən əziyyət çəkən bütün xalqların nümayəndələrinə” vətəndaşlıq təklif edəcək. Onun sözlərinə görə, bu ilk növbədə rusiyalılara şamil ediləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.