LAVROVLA POMPEO RAZILAŞDI –ABŞ-Rusiya münasibətləri qaydaya düşəcəkmi?

15-05-2019, 00:00           
LAVROVLA POMPEO RAZILAŞDI –ABŞ-Rusiya münasibətləri qaydaya düşəcəkmi?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo iki ölkə arasındakı münasibətləri normal səviyyəyə gətirmək üçün addımlar atmaqla bağlı razılığa gəliblər.

S.Lavrov iki ölkənin qarşılıqlı təmas kanallarını bərpa etmək zərurətini qəbul etdiklərini bildirib.

Eyni zamanda rusiyalı nazir ABŞ ilə işgüzar əlaqələri üçün əlverişli mühit yaratmaq üçün ikitərəfli biznes şurası təsis etməyə tərəfdar olduqlarını qeyd edib.

Həmçinin görüş zamanı Venesuela, Suriya, Ukraynadakı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Hələ də xeyli fərqli baxışlara malik olduqları İran nüvə proqramına dair Rusiya və ABŞ-ın danışıqları davam etdirdikləri də bildirilib/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.