Nazir boru kəmərinə hücumdan danışdı:"Neft istehsalı və ixracı davam edir"

15-05-2019, 06:40           
Nazir boru kəmərinə hücumdan danışdı:"Neft istehsalı və ixracı davam edir"
Hazırda Səudiyyə Ərəbistanında neft istehsalı və ixracı davam edir.

Bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih deyib.

Nazir bildirib ki, səhər saatlarında ölkənin qərbində çıxarılan nefti şərq sahillərindəki limana daşıyan boru kəmərindəki 2 nasos stansiyasına dronla hücum zamanı 8 nömrəli nasos stansiyasında yanğın baş verib, maddi ziyan meydana gəlib.

Milli neft şirkəti “Suudi Aramco” da neft nəqlini dayandırıb. Hazırda dəymiş ziyan araşdırılır, təmir işləri aparılır, ölkədə neft istehsalı və ixracı isə davam edir.

O, son dövrlərdə Körfəz ölkələrindəki bu kimi hücumların təkcə Səudiyyə Ərəbistanını deyil, ümumilikdə qlobal iqtisadiyyatı və dünya neftini hədəf aldığını deyib/Azərtac.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.