Putinin Pompeo ilə görüşü 1,5 saat davam edib

15-05-2019, 06:42           
Putinin Pompeo ilə görüşü 1,5 saat davam edib
Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Mayk Pompeo arasında keçirilən görüş 1,5 saat davam edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

Bildirilir ki, 1,5 saat davam edən görüşdə Rusiya tərəfindən xarici işlər naziri Sergey Lavrov, prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin, ABŞ tərəfindən isə ölkənin Rusiyadakı səfiri Con Hantsman, Suriya üzrə xüsusi nümayəndə Ceyms Ceffri və dövlət katibinin müavini vəzifəsini icra edən Filip riker iştirak ediblər.

Xatırladaq ki, daha əvvəl M.Pompeo S.Lavrov ilə görüşüb. Görüşün yekunları üzrə tərəflər birgə mətbuat konfransı keçiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.