Putinin təyyarəsini 6 qırıcı dövrəyə aldı - Video

15-05-2019, 06:51           
Putinin təyyarəsini 6 qırıcı dövrəyə aldı - Video
Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin 6 Su-57 qırıcısı tərəfindən müşayiət edilməsi görüntüləri yayılıb.

Axar.az “Zvezda” telekanalına istinadən xəbər verir ki, görüntülərdə prezident təyyarəsinin Axtubinskə eniş zamanı beşinci nəsil qırıcıları tərəfindən qorunması aydın görünür.

Sözügedən şəhərdə Putin Müdafiə Nazirliyinin yay-təlim mərkəzini ziyarət edib.

Ardınca “Xəncər” hipersəs raketli MiQ-31K təyyarəsi, yeni pilotsuz aparatlar, həmçinin S-350 zenit-raket və radiolokasiya kompleksləri, eləcə də “Pantsir” zenit-atış kompleksi dövlət başçısına nümayiş olunub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.