Trampın şəkli olan corabla prezidentin görüşünə getdi - Gündəm oldu

16-05-2019, 00:01           
Trampın şəkli olan corabla prezidentin görüşünə getdi - Gündəm oldu
ABŞ-ın Luiziana ştatının vitse-qubernatoru Billi Nanqesser Donald Trampla görüşə qeyri-adi görkəmdə gəlib.

Görüş ABŞ prezidentinin ştata səfəri zamanı baş tutub. Prezidentlə görüşdən çəkilən fotonu Nanqesser tvitter hesabından paylaşıb. Fotoda qubernatorun Trampın portreti əks olunan zolaqlı corabları diqqətdən qaçmayıb.

Nanqesser, eyni zamanda qeyd edib ki, Trampdan "American Idol” teleşousunun yerli iştirakçısını dəstəkləməyi xahiş edib. Tramp isə “baxarıq, nə etmək olur” cavabını verib.

Qeyd edək ki, vitse-qubernatorun corabları “Amazon” saytında 27,49 dollara satılır. \\Qafqazinfo












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.