Almaniyada polislə qaçqınlar arasında qarşıdurma

17-05-2019, 07:36           
Almaniyada polislə qaçqınlar arasında qarşıdurma
Bavariyada qaçqınlarla polislər arasında növbəti qarşıdurma baş verib. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, Regensburqda (Bavariya) bir qrup sığınacaq axtaran şəxslər ölən qaçqınlardan birinin ölüm səbəbini araşdırmaq üçün qaçqın məntəqəsınə gələn polis əməkdaşlarına daş atıblar. Sığınacaq axtaranların müqavimətinə görə, 31 yaşında ölən qadının cəsədini götürməyə 3 saatdan şox vaxt sərf edilib. Hakimiyyət təmsilçiləri saat 9 radələrində sığınacağa gəliblər. Polis əməkdaşları təxminən 50 sığınacaq axtaran şəxs tərəfindən qarşılanıb. Miqrantlar ölənin cəsədini daxili müayinə üçün morqa aparmağa maniə törətməyə cəhd ediblər. Polisin qətiyyətli hərəkətə keçməyə başladığı zaman sığınacaq axtaran şəxslər onlara daş atmağa başlayıblar.
Sığınacaq axtaran şəxsin cəsədini çıxarmaq üçün keçirilən əməliyyata 20 patrul avtomobili və 50 polis məmuru cəlb edilib. Qarşıdurmaya baxmayaraq sığınacaq axtaran şəxslərdən heç biri həbs olunmayıb.

Qadının cəsədini yalnız günorta saatlarında götürüb morqa təslim etmək mümkün olub. Qarşıdurmanın ağır nəticələrə səbəb olmaması üçün sığınacaq axtaran şəxslərə ölən qadının tabutunu yaxınlıqda dayanan maşına qədər aparmalarına icazə verilib.

Məlumat üçün bildirək ki, Regensburqdakı məntəqə sığınacaq axtaranların paylanması üçün saxlandıqları mərkəz hesab edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.