Avstraliyada parlament seçkilərində səsvermə başlayıb

18-05-2019, 07:55           
Avstraliyada parlament seçkilərində səsvermə başlayıb
Avtraliya Federal parlamentinə seçkilərdə səsvermə başlayıb.

Trend-in məlumatına görə, ilk səsvərmə məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.

Səsvermədə 16,5 milyondan çox ölkə sakini iştirak edə biləcək. Seçkilər zamanı Nümayəndələr Palatasına 151 milllət vəkili və 76 senatordan 40 senator seçiləcək.

Avstraliya seçki qanunvericiliyinə əsasən, daha 36 senator noyabrın 2-də seçiləcək.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da bağlanacaq və sonra səslərin sayılmasına başlanılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.