Zelenski Rusiya ilə danışıqlara başlamağa hazırdır

18-05-2019, 08:21           
Zelenski Rusiya ilə danışıqlara başlamağa hazırdır
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski "Normandiya formatı" (Rusiya Federasiyası, Fransa, AFR, Ukrayna) çərçivəsində Donbasdakı vəziyyət üzrə Rusiya ilə danışıqlara başlamağa hazırdır.

Publika.az "RİA-Novosti" agentlityinə istinadən xəbər verir ki, bu haqda onun qərargahının üzvü Ruslan Stefançuk bildirib.

"Vladimir Zelenskinin mövqeyi ondan ibarətdir ki, o Ukraynaya qarşı müharibəyə başlayan insanlarla danışıqlara başlamağa hazırdır. Amma bu, bizim partnyorlarımızın iştirak edəcəyi danışıqlar olacaq", - "112 Ukrayna" telekanalının efirində deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.