Səudiyyədən İrana mesaj: Bütün gücümüzlə cavab verəcəyik!

19-05-2019, 21:23           
Səudiyyədən İrana mesaj: Bütün gücümüzlə cavab verəcəyik!
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyə Ərəbistanı Krallığı regionda müharibə olmasını istəmir və hər hansı savaşı başlatmaq niyyətində də deyil.

Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyr deyib.

“Səudiyyə Ərəbistanı müharibənin qarşını almaq üçün əlindən gələni edəcək. Lakin qarşı tərəfin savaşı seçdiyi halda krallıq bütün qüvvələri ilə qətiyyətli cavab verəcək, mənafeyini qoruyacaq”, - deyə Cübeyr bildirib.

Qeyd edək ki, BƏƏ sularında hücuma məruz qalan tankerlərdən 2-si Səudiyyəyə aid idi.

Ər-Riyad administrasiyası bu hücumun arxasında İranın olduğunu iddia edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.