15 ölkə ortaq valyuta yaradır

20-05-2019, 08:19           
15 ölkə ortaq valyuta yaradır
Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) üzvü olan ölkələr ortaq valyutadan istifadə üçün hərəkətə keçib.
Muxalifet.az xəbər verir ki, Ortaq Valyuta Komissiyasının sədri Jan-Klod Brou üzv ölkələr arasında ortaq valyutadan istifadəyə keçid məqsədilə hazırlanan ilkin layihələrlə bağlı iyun ayında genişmiqyaslı toplantı keçiriləcəyini deyib.
“Toplantıya üzv ölkələrin Mərkəzi Bank sədrləri, İqtisadiyyat və Maliyyə nazirləri ilə bölgədə fəaliyyət göstərən firmalar qatılacaq. Bu valyuta ortaq bazar və rahat səyahət baxımından da əhəmiyyətli olacaq”-, sədr qeyd edib.
Ortaq valyuta sisteminin 2020-ci ildə üzv ölkələrin dövlət başçıları tərəfindən təsdiq olunması gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.