Poroşenko:"Kommunist terrorunun faciəsindən gələcəkdə dərs çıxarılmalıdır"

20-05-2019, 09:29           
Poroşenko:"Kommunist terrorunun faciəsindən gələcəkdə dərs çıxarılmalıdır"
Ukraynada dekommunizasiya faktiki olaraq başa çatıb.

Bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

“Son 5 ildə ölkəmizdə dekommunizasiya başa çatıb, kommunist ideologiyası qadağan edilib. Kommunist terrorunun faciəsindən gələcəkdə dərs çıxarılmalıdır. Ukrayna torpaqlarında “Rus dünyası”nın yenidən canlandırlması cəhdlərinə qarşı etibarlı qorunma olmalıdır”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, mayın 20-də yeni Prezident Vladimir Zelenskinin inauqurasiya mərasimidir. /Axar.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.