Paşinyanın adamları qapını bağladı, hakim məhkəməyə pəncərədən soxulmaq istədi - VİDEO - YENİLƏNİB

20-05-2019, 13:07           
Paşinyanın adamları qapını bağladı, hakim məhkəməyə pəncərədən soxulmaq istədi - VİDEO - YENİLƏNİB
Ermənistanda baş nazir Nikol Paşinyanın çağırışı ilə onun tərəfdarlarının bu gün səhərdən etibarən Yerevanda məhkəmə binalarına girişi bağlaması zamanı insident baş verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə binalarından birində etirazçıların qapıdan giriş-çıxışı bağladıqlarını görən hakim David Balayan içəri pəncərədən soxulmaq istəyib. Ancaq Paşinyanın adamları onu pəncərədən dartıb aşağı salıblar. Bu zaman hakim yıxılıb.

Xatırladaq ki, eks-prezident Robert Köçəryanın zaminə buraxılmasından sonra Paşinyan Ermənistanda inqilabın “ikinci mərhələsini” başlatdığını elan edib. O, tərəfdarlarını bütün məhkəmə binalarında giriş-çıxışı bağlamağa çağırıb, bildirib ki, məhkəmə sistemində inqilabi qərarlar verəcək.



***

Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt Yerevanın Mərkəz rayonundakı məhkəmə binasının qarşısına toplaşan etirazçılara qoşulub. Məlumatı “Ermənistan xəbərləri” portalı yayıb.

“Çağırışıma səs verdiyiniz üçün hamınıza təşəkkür edirəm. Hamınıza baş çəkə bilmədiyim üçün məni bağışlayın. İslanmadığınıza, islansanız da xəstələnməyəcəyinizə ümid edirəm. Gəldim ki, sizi sevdiyimi və sizinlə fəxr etdiyimi deyim”, - Nikol Paşinyan vurğulayıb.

O əlavə edib ki, yerli vaxtla saat 12-də edəcəyi çıxışında vacib olanları söyləyəcək.

***

Etirazçılar bu gün səhər saatlarından Ermənistanın paytaxtı Yerevanda məhkəmə binalarını mühasirəyə alıb, giriş və çıxışı bağlayıblar.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, mayın 19-da ölkənin baş naziri Nikol Paşinyan vətəndaşlara müraciət edərək bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırıb.

O, ədliyyə sahəsində də inqilab edəcəklərini vurğulayıb. Baş nazirin günorta saatlarında məhkəmə sistemi ilə bağlı çıxış edəcəyi gözlənilir.

Ermənistanın keçmiş prezidenti Robetr Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi barədə qərar qəbul etmiş Yerevanın Avan və Nor-Nork rayonlarındakı məhkəmələrin binası qarşısına toplaşanlar arasında səlahiyyət həddini aşdığı üçün səlahiyyətlərinin icrası dondurulmuş baş nazirin nəzarət xidmətinin başçısı David Sanasaryanın başçılıq etdiyi dəstə də var.

“Biz bura vətəndaş kimi etirazımızı bildirmək üçün toplaşmışıq. Biz bunu inqilabdan sonra dərhal etməliydik. Bu səhvi düzəltmək üçün şansımız var idi. Ancaq sistem ona verilən bu fürsətdən istifadə etmədi. Bizə sübut elədi ki, məhkəməyə təzyiq etmirik. Paşinyanın bəyanatını gözləyirik”,- D.Sanasaryan vurğulayıb.

Əməkdaşlar məhkəmə binalarına buraxmırlar. Şenqavit dairə Məhkəməsinin hakimi David Balayan binaya pəncərədən daxil olmaq istəsə də onu itələyərək, içəri girməsinə imkan verməyiblər.

Vəkil Ruben Melikyan “Facebook” səhifəsində yazıb ki, Yerevan rayonlarından birinin məhkəmə binasının pəncələrini sındırblar, hakimlərin binaya daxil olmasına imkan vermirlər.

Yerevanda “Ədalətli məhkəmə adına!” şüarı altında aksiya keçirən vətəndaşlar Ermənistan Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alıblar.

Qeyd edək ki, mayın18-də Ermənistan keçimiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri ləğv edilib. O zaminə buraxılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.