Şahzadə Çarlz Donald Trampla görüşməyə razılaşıb

21-05-2019, 06:40           
Şahzadə Çarlz Donald Trampla görüşməyə razılaşıb
Uels şahzadəsi Çarlz iyunda Amerika prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri çərçivəsində Birləşmiş Ştatların dövlət başçısı ilə görüşməyə razılaşıb.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Güman edilir ki, Amerika lideri və Britaniya şahzadəsi iyunun 3-də görüşəcəklər. Tərəflər ətraf mühitin mühafizəsi mövzusunu müzakirə edəcəklər.

Görüş şahzadənin iqamətgahında "nahardan sonrakı çay" zamanı keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.