FTX rəhbərindən xəbərdarlıq:"İŞİD Orta Asiyaya yığışır"

22-05-2019, 06:00           
FTX rəhbərindən xəbərdarlıq:"İŞİD Orta Asiyaya yığışır"
İŞİD ekstremist qruplaşmasının üzvləri Əfqanıstanın şimalına, Orta Asiyadakı keçmiş sovet respublikaları ilə sərhədə yığışır.

Teref.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, elə bir xəbərdarlıqla Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov çıxış edib.

O, mayın 21-də Əfqanıstanla həmsərhəd Tacikistana səfəri zamanı danışıb.

Moskva illərdir İŞİD-in Orta Asiyaya səpələnməsindən narahatlıq dilə gətirir.

Təhlükəsizlik ekspertlərinin fikrincə, Rusiya yaraqlıların sayını şişirdir, məqsədi özünün Əfqanıstan Talibanı ilə əlaqələrini əsaslandırmaq, həm də Orta Asiya hökumətlərinin özlərini müdafiə üçün Rusiyanın dəstəyinə ehtiyacı olduğunu göstərməkdir.

ABŞ ordusu hazırda Əfqanıstanda 2 minədək İŞİD döyüşçüsünün olduğunu bildirir.

Bortnikov 5 minədək İŞİD döyüşçüsünün “Əfqanıstanın şimal vilayətlərinə yerləşdirilməsindən” narahatlığını bildirib. O, sərhəd nəzarətini gücləndirməyə çağırıb.

1979-89-cu illərdə Sovet İttifaqı Əfqanıstanda müharibə aparıb. İndi isə Rusiya bu ölkədə hakimiyyət bölgüsündə vasitəçi kimi çıxış etməyə çalışır.

Noyabrda Moskvada Talibanla Əfqanıstanın siyasi xadimləri arasında danışıqlar keçirilib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.