"Times": Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər

23-05-2019, 06:30           
"Times": Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər
Böyük Britaniyanın baş naziri Tereza Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər.

Trend-in "Times" qəzetinə istinadən verdiyi məlumata görə, T.Meyin istefaya getməsinə səbəb hökumətin onun ölkənin Avropa İttifaqından çıxmasının reallaşdırılması məsələsində tutduğu mövqeyi qəbul etməməyidir.

Qəzetin məlumatına əsasən, Böyük Britaniyanın baş naziri 1922 Komitəsinin rəhbəri Qrem Breydi ilə görüşündən sonra istefası haqqında bəyan edə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.