Paris prokurorluğu Lionda baş vermiş partlayışda "terror cəhdi" versiyasını araşdırır - Yenilənib

25-05-2019, 08:04           
Paris prokurorluğu Lionda baş vermiş partlayışda "terror cəhdi" versiyasını araşdırır - Yenilənib
Fransanın Lion şəhərində partlayış olub. Nəticədə azı 6 nəfər xəsarət alıb.

ONA-nın "CNews" telekanalına istinadən verdiyi xəbərə görə, partlayış şəhərin mərkəzindəki piyadaların sıx olduğu bir küçədə qeydə alınıb.

Bildirilir ki, partlayışa içərisində partlayıcı maddə olan bağlama səbəb olub.

Polis ərazidə nəzarəti gücləndirib. Yerli rəsmi dairələr təhlükəsizlik məqsədilə sakinləri ərazidən uzaq qalmağa çağırıb.

***

Fransanın Lion şəhərində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış zamanı bir azyaşlı daxil olmaqla ən azı 10 nəfər xəsarət alıb.

Qeyd edilir ki, partlayış şəhər mərkəzində, Belkur meydanı yaxınlığında saat 17.30-da baş verib.

Hadisə zamanı zərərçəkənlər ciddi xəsarət almayıb.

***

Fransanın ədliyyə naziri Nikol Bellube Lion şəhərində baş vermiş partlayışın Paris prokurorluğu tərəfindən “terror cəhdi” versiyası üzrə araşdırıldığını bildirib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “BFM” telekanalı məlumat yayıb.

“Terrorçuluqla mübarizə üzrə məsul Paris prokurorluğuna müraciət edilib. Prokurorluq işi terror cəhdi versiyası üzrə araşdırır, ancaq hazırda davam edən və məhkəmə polisinin cəlb olunduğu araşdırmanın yekununu gözləmək lazımdır. Nəticələrdən asılı olaraq gələcəkdə faktın terror aktı olub-olmadığına hüquqi qiymət veriləcək”, - nazir belə deyib.

Bununla yanaşı, o vurğulayıb ki, “terror aktı barədə danışmaq hələlik tezdir”.

Qeyd edək ki, Lion şəhərində partlayıcı maddənin olduğu bağlamanın partladılması nəticəsində azı 13 nəfər xəsarət alıb. Bundan əvvəl 6 nəfərin yaralandığı deyilirdi. Parisin antiterror prokurorluğu faktın araşdırılmasına başlayıb.

Hadisədən bir qədər sonra müşahidə kameralarının izlənilməsi nəticəsində faktda şübhəli bilinən şəxsin görüntüsü əldə olunub. Görüntülərdən aydın olur ki, naməlum şəxs velisipedlə əraziyə yaxınlaşıb və əlindəki bağlamanı ora qoyub. Bir qədər sonra isə partlayış baş verib. Hazırda polis həmin kişini axtarır. “BFM” telekanalının bildirdiyinə görə, həmin şəxs 30-35 yaşlarındadır və gözündə tünd eynək olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.