Azərbaycanlıların da olduğu deportasiya kampında dava: 5 polis xəsarət aldı

13-06-2019, 00:00           
Azərbaycanlıların da olduğu deportasiya kampında dava: 5 polis xəsarət aldı
Almaniyada deportasiya edilmək üçün əcnəbilərin saxlanıldığı kampda qaçqınlarla polis arasında qarşıdurma olub. Bu barədə AzEuroNews.com-a Almaniyanın Bavariya əyalətinin Ştefanspoşinq (Stephansposching) şəhərindəki kampda Azərbaycana deportasiya edilməsini gözləyən həmvətənlərimizdən biri məlumat verib.

Onun sözlərinə görə, Ankersentrum (Ankerzentrum) adlı böyük kompleksdə bir nigeriyalını hava limanına aparmağa gələn miqrasiya idarəsinin əməkdaşları kamp sakinlərinin dirənişi ilə qarşılaşıb.

“Nigeriyadan olan digər qaçqınlar miqrasiya idarəsinin əməkdaşlarını kompleksə buraxmadı. Onlar nigeriyalını hava limanına aparmaq üçün gəlmişdilər. Daha sonra polis əməkdaşları gəldi. Bu zaman nigeriyalılar polisə daş atamağa başladılar. Əraziyə əlavə polis qüvvəsi çağırıldı. Polisə müqavimət göstərən 6 nəfər saxlanıldı”– deyə həmvətənimiz AzEuroNews.com-a deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində 5 polis əməkdaşı yaralanıb. Onlar hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Məlumat üçün qeyd edək ki, deportasiya kampı Ştefanspoşinqdə 2015-ci ildə inşa edilərək istifadəyə verilib. Burada əsasən təhlükəsiz ölkələrdən gələn və “Dublin proseduru” ilə başqa ölkələrə göndəriləcək sığınacaq axtaranlar saxlanılır. Onların arasında Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Şimali Makedoniya, Serbiya, Kosova, Monteneqro kimi ölkələrdən gələrək Almaniyadan sığınacaq istəyən və rədd cavabı alan əcnəbilər var.

Kompleks hər biri 100 nəfərlik olan 30 bina tipli konteynerdən ibarətdir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.