ABŞ 50 minə yaxın miqrantı Meksikaya qaytara bilər

13-06-2019, 07:22           
ABŞ 50 minə yaxın miqrantı Meksikaya qaytara bilər
Növbəti bir neçə ay ərzində ABŞ-a sığınacaq almaq üçün gələn 50 minə yaxın miqrant Meksika ərazisinə qaytarıla bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Meksikanın daxili işlər nazirinin miqrasiya və insan hüquqlarının qorunması məsələləri üzrə müavini Alexandro Ensinas deyib.

Mexiko və Vaşinqton arasında ötən həftə əldə edilən razılaşmaya əsasən, ABŞ miqrantların sənədlərini yoxlayana qədər onlar Meksikada qalacaqlar.

Nazir müavini qeyd edib ki, son bir neçə həftə ərzində Meksikada da rekord sayda sığınacaq istəyi qeydə alınıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.