G20 ölkələri enerji nazirlərinin görüşü olacaq - Yaponiyada

15-06-2019, 07:07           
G20 ölkələri enerji nazirlərinin görüşü olacaq - Yaponiyada
İyunun 15-də Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü keçiriləcək.

Görüşdə Yaponiya tərəfinin Ormuz boğazında göyərtəsində ona məxsus yüklər olan gəmilərə hücumla əlaqədar enerji təhlükəsizliyi məsələsini qaldıracağı da gözlənilir.

Azərtac xəbər verir ki, bu boğaz Yaxın Şərq regionunda qlobal daşımanın əsas strateji kanallarından biridir. Yaponiya ehtiyacı olan neftin 90 faizini buradan daşıdığına görə həmin regiondan çox asılıdır.

G20 ölkələrinin enerji və ətraf mühit nazirlərinin ikigünlük görüşü sabah Naqano prefekturasının Karuizava şəhərində başlayacaq. Yaponiya görüşə sədrlik edəcək.

Görüş Yaxın Şərqdə əsas neft hasilatçılarından biri kimi tanınan İran ilə ABŞ arasında gərginlik fonunda keçiriləcək. Həmin görüşdə neft hasilatçısı olan daha bir ölkə – Səudiyyə Ərəbistanı da iştirak edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.