Zelenskidən Donbasla bağlı GÖZLƏNİLMƏZ BƏYANAT

17-06-2019, 00:33           
Zelenskidən Donbasla bağlı GÖZLƏNİLMƏZ BƏYANAT
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, yaxın zamanlarda Donbas regionunun infrastrukturuna investisiyalar yatırılacaq.

Bu barədə məlumat dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Mariupolda iş adamları və gənclərlə görüşən Zelenski bildirib ki, Donbasa investisiyaların yatırılması məsələsini bütün xarici sərmayədarlarla müzakirə edir. O qeyd edib ki, hazırda islahat xarakterli qanun layihələri üzərində iş aparılır. Həmin qanun layihələri ölkədə kiçik və orta biznesin inkişafına yardım etməlidir.

“Hakimiyyət nə edə bilər? Hakimiyyət yalnız kömək edə bilər. İslahatların əsas məqsədi “smartfonda dövlət”in yaradılmasıdır”, - deyə Zelenski vurğulayıb. \\Oxu.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.