"Çernobıl" serialı TƏŞVİŞ YARATDI - Ölkədə dərman satışları REKORD QIRDI

18-06-2019, 15:13           
"Çernobıl" serialı TƏŞVİŞ YARATDI - Ölkədə dərman satışları REKORD QIRDI
Amerikanın HBO telekanalının ərsəyə gətirdiyi “Çernobıl” serialı Norveçdə dərman satışlarını artırıb.

Publika.az xəbər verir ki, bu barədə Norveç Əczaçılıq Birliyi inofrmasiya yayıb.

Məlumata görə, serialın yayımlanmasından 5 həftə sonra ölkə miqyasında “Jodix” yod tabletlərinin satışı ikiqat artıb.

Norveç Nüvə Təhlükəsizliyi və Radiyasiyadan Qorunma Direktorluğunda fövqəladə vəziyyətlərə hazırlıq alayının idarəçisi Astrid Liland qeyd edib ki, serial Norveçdə nüvə təhlükəsizliyi məsələsinə diqqəti artırıb: “Serial bizə işlərin bir anda əksinə gedə biləcəyini xatırladır. Bənzər qəzaların yaşanması ehtimalı aşağı olsa da, insanlar hazır olmalıdır. Norveçin nə qədər təsir görəcəyi qəzanın harada baş verəcəyinə bağlıdır. Ancaq yod tabletlərinin ehtiyatda olması yenə də əhəmiyyətlidir”.

Liland İspaniya və Fransa kimi nüvə reaktorlarına malik ölkələrə səyahətə gedən insanlara tövsiyə edib ki, mütləq çantalarında yod tabletləri olsun.

Məlumat üçün bildirək ki, yod tabletləri radioaktiv yodun tiroiddə (qalxanabənzər vəzi) yığılmasının qarşısını alır. Yod tabletləri nüvə radiyasiyasının yayılmasından bir neçə saat sonra qəbul edilməlidir.

Mütəxəssislər 40 yaşdan aşağı insanlara fövqəladə vəziyyətlər üçün yod tabletləri almağı tövsiyə edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.