Paşinyan Azərbaycana məğlub olmuş generalları geri qaytarır

19-06-2019, 00:00           
Paşinyan Azərbaycana məğlub olmuş generalları geri qaytarır
Paşinyan 2016-cı ilin aprel müharibəsində məğlubiyyətə görə azad edilmiş generalları orduya qaytarır. Virtualaz.org xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb.

Nəşr xatırladır ki, 2016-cı ilin hərbi əməliyyatlarından dərhal sonra – aprelin 26-da Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə o zaman Ermənistan Silahlı Qüvvələrinin rabitə, rabitə qoşunları və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi vəzifəsini tutan general-mayor Komitas Muradyan vəzifəsindən azad edilmişdi. Lakin indi o, yenidən Ermənistan Müdafiə Nazirliyi sisteminə qayıdıb.



“Maraqlıdır ki, Serj Sarkisyanın aprel müharibəsindən sonra vəzifələrindən azad etdiyi iki general yeni hakimiyyət dövründə geri qayıdıb. Bunlardan birincisi Ermənistan SQ-nin Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyan idi ki, hazırda o, Nikol Paşinyanın müşaviridir. İndi də Komitas Muradyan. 2016-cı ilin aprelindən sonra qalmaqalla azad edilənlərdən, deyəsən, yalnız müdafiə nazirinin keçmiş müavini – maddi-texniki təminat departamentinin rəisi Alik Mirzəbekyan qalıb ki, onun da qayıtması mümkün hesab edilir. Aprel hadisələrinin araşdırılması üzrə istintaq komissiyasının yaradılması fonunda bu təyinatlar çox diqqətəlayiqdir”, - erməni nəşri yazır.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.