"11 sentyabr hadisələrini kimin törətdiyini bilirəm" - TRAMP

20-06-2019, 06:58           
"11 sentyabr hadisələrini kimin törətdiyini bilirəm" - TRAMP
ABŞ prezidenti Donald Tramp ABC News televiziya verilişində çıxışı zamanı 11 sentyabr hadisələrinin İraq tərəfindən törədilmədiyini söyləyərək deyib: “Başqaları var idi və məncə, onların kim olduqlarını bilirəm”. Tramp “Əl Qaidə”nin öz üzərinə götürdüyü 11 sentyabr hücumları üçün İraqı işğal eləməyi axmaqlıq adlandırıb. Tramp Ümumdünya Ticarət Mərkəzinə və Pentaqona əslində İraqın hücum eləmədiyini söyləyib: “İraq deyildi. Başqa aktyorlar var idi və məncə, onların kim olduqlarını bilirəm”.

“Yaxın Şərqə hücum eləmək xəta idi”

ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyətini tənqid edən Tramp bunu “Ölkəmizin tarixində ən pis qərar” adlandırıb. Yaxın Şərqi “bataqlıq” adlandıran Tramp deyib: “Yaxın Şərqə daxil olmaq bərbad bir fikir idi. 8 trilyon dollara qədər pul xərclədik. İndi də, məktəb, yol, magistral və ya başqa bir şey inşa eləmək istəsək, hamı “pul qazanmaq üçün savaşırlar” deyəcəkdir”.

İngiltərə daxil olmaqla, ABŞ-ın bir çox müttəfiqi “Əl Qaidə”nin yerləşdiyi Əfqanıstanı işğal eləmişdi. Lakin İraq da 11 sentyabr hadisələrində günahkar elan edilərək, ABŞ tərəfindən işğal edildi. İraqın işğalı yüz minlərlə iraqlı ilə 4 min nəfərdən artıq ABŞ hərbçisinin ölümünə və İŞİD teror təşkilatının yaradılmasına səbəb olmuşdu.

Tramp Klinton ilə Buşu ittiham eləmişdi

ABŞ prezidenti Donald Tramp bundan əvvəl də 11 sentyabr hadisələri ilə bağlı açıqlamalar vermişdi. ABŞ prezidentliyinə namizəd olduğu zaman çıxışlarının birində Tramp keçmiş ABŞ prezidentləri Bill Klinton və Corc Buşu əllərində fürsət var ikən Üsame bin Ladini öldürməməkdə ittiham eləmişdi.

Bəlli olduğu kimi, Donald Tramp uzun müddət tikinti sektorunda çalışıb və başqa bir çıxışında öz təcrübəsinə əsaslanaraq, yüngül metaldan olan təyyarələrin qalın polad armaturlarla hörülmüş binanı “bıçağın yağı kəsdiyi” kimi asanlıqla parçalamasının mümkünsüz olduğunu bildirmiş, 11 sentyabr hadisələri zamanı binanın əvvəlcədən minalandığı iddiasını irəli sürmüşdü.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.