Britaniyanın yeni baş naziri iyunun 24-də işə başlayacaq

26-06-2019, 07:28           
Britaniyanın yeni baş naziri iyunun 24-də işə başlayacaq
Böyük Britaniyanın yeni baş naziri iyulun 24-dən vəzifəsinin icrasına başlayacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu baş nazir dəftərxanasının rəsmi nümayəndəsi deyib.

Çərşənbə axşamı Britaniyanın hakim Mühafizəkar partiyası yeni partiya lideri və baş nazirin adının 23 İyul tarixində – iyulun 22-si günün ikinci yarısında poçt səsverməsi proseduru başa çatdıqdan sonra açıqlanacaq.

"Yeni baş nazir iyulun 24-ü günün ikinci yarısında işə başlamalıdır", - deyə dəftərxana nümayəndəsi jurnalistlərə bildirib.

Partiya lideri və baş nazir postuna Britaniyanın sabiq xarici işlər naziri və Londonun keçmiş meri Boris Conson və hazırkı XİN rəhbəri Ceremi Hant iddia edir. Yeni baş nazirin seçilməsinədək bu vəzifəni iyunun 7-də rəsmi olaraq partiya lideri vəzifələrindən imtina edən Tereza Mey icra edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.