Uruqvayda ümumi tətil ölkə həyatını qismən iflic edib
26-06-2019, 07:31
Çərşənbə axşamı Uruqvayda həmkarlar ittifaqlarının kütləvi işdən çıxarılma hallarına etiraz əlaməti olaraq keçirdiyi ümumi tətil artıq ölkə həyatını qismən iflic edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Cronista" portalı yazıb.
Bildirilir ki, tətil 24 saat davam edəcək.
Tətildə əməli olaraq iqtisadiyyatın bütün sahələri, ictimai nəqliyyat, dövlət təhsil müəssisələri, bank və ticarət müəssisələrinin işçiləri iştirak edirlər. Yekunda çərşənbə axşamı paytaxt Montevideo küçələri yarıboş vəziyyətə düşüb.
Nəticədə paytaxt Montevideo küçələri çərşənbə axşamı yarıboş vəziyyətə düşüb, ictimai nəqliyyat isə son dərəcə qısaldılmış sxem üzrə işləyib.
Etiraz aksiyalarına bilavasitə Braziliyanın energetika nəhəngi "Petrobras"ın ölkədən çıxdığını elan etməsi, ona məxsus olan yanacaqdoldurma məntəqəsini satması və çoxlu sayda əməkdaşının işdən çıxarılması səbəb olub.