Rusiya qəhrəmanları, admiralın kürəkəni, gəmi kapitanı: Məxfi sualtı qayıqda kimlər öldü?

4-07-2019, 00:32           
Rusiya qəhrəmanları, admiralın kürəkəni, gəmi kapitanı: Məxfi sualtı qayıqda kimlər öldü?
Xəbər verildiyi kimi, Severomorskda elmi araşdırma aparan Rusiya sualtı qayığında 14 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

Qəza səbəbindən Rusiya Prezidenti Vladimir Putin Tverə səfərini təxirə salaraq, təcili Kremlə qayıdıb. Kremldə Müdafiə naziri Sergey Şoyqu ilə görüşən Putin ondan hadisə ilə bağlı hesabat verməsini istəyib. Bəzi mənbələr hətta qayıqdakı qəzadan sonra radiasiya təhlükəsinin olduğuna dair xəbər yayıb.

Müdafiə Nazirliyi olayla bağlı araşdırma başladıb. Hadisənin qurbanları ilə bağlı yeni informasiyalar da yayılıb.

Cebhe.info xəbər verir ki, 1 iyulda baş verən olayda ölənlər arasında 7 kapitan və 2 Rusiya Qəhrəmanının olduğuna dair xəbər verilib. Hələlik ölənlərin siyahısı rəsmən açıqlanmadığından jurnalistlər müstəqil araşdırma aparır.

“Telegram”ın yazdığına görə, ölənlərdən biri Denis Dolonskidir. O, birinci dərəcəli kapitan və qayığın komandiridir. Bir neçə il əvvəl Rusiya Qəhrəmanı adını alıb.

Qəzada birinci dərəcəli kapitan Nikolay Filin də həlak olub. O da Rusiya Qəhərəmanıdır və bu adı 2018-ci ildə alıb.

Həlak olanlar arasında Andrey Voskresenski də var. Onun kontr-admiral Vladimir Bedredinovun kürəkəni olduğu deyilir. Bedredinov 2003-cü ildə ehtiyata buraxılıb.

Adı həlak olanların arasında çəkilən 4-cü şəxs Denos Oparindir. O, əslən Murmanskdandır və bir neçə gün əvvəl 40 yaşı tamam olub. Onun atası Rusiya Qəhrəmanı, birinci dərəcəli kapitan Aleksandr Oparindir. Ata Oparin 2000-ci ildə "Tempryuk"un bortunda atom sualtısı olan "Krusk"un xilasetmə əməliyyatında iştirak edib.

Ümumilikdə isə hadisə nəticəsində 14 nəfər həlak olub. Sağ qalanların sayının 5 olduğu deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.