Kaliforniyada 6,4 bal gücündə zəlzələ baş verib - YENİLƏNİB

5-07-2019, 07:44           
Kaliforniyada 6,4 bal gücündə zəlzələ baş verib - YENİLƏNİB
ABŞ-da hökumət orqanları Kaliforniyada baş verən zəlzələdən sonra vəziyyəti nəzarətə götürüb.

APA xəbər verir ki, bu barədə prezident Donald Tramp Tvitter səhifəsində yazıb.

Eyni zamanda zəlzələnin daha çox hiss edildiyi Ridzkrest şəhərinin meri də təbiət hadisəsilə bağlı açıqlama verib. Qeyd edib ki, zəlzələdən sonra təbii qaz xəttlərinin zədələnməsi üzündən sızan qaz alaovlanıb. Lakin təlafat haqqında rəsmi heç bir məlumat verilməyib.

****

00:32


Kaliforniyanın cənubunda 6.4 bal gücündə zəlzələ baş verib.

APA “Tass”a istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar bürosu məlumat yayıb.

Bildirilib ki, bu, əhalisi təxminən 4 milyon nəfər olan Kaliforniyada son 25 ildə qeydə alınan ən güclü zəlzələdir.

Episentri Los-Ancelesdən 195 km şimalda baş verən təbiət hadisəsi Ridzkrest şəhərinin yaxınlığında hiss edilib. Zəlzələnin mərkəzi 9 km dərinlikdə yerləşdiyi qeyd edilir.

Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, 1994-cü ildən bu yana Kaliforniyada güclü zəlzələ olmayıb. Həmin il episentri Los-Ancelesin ərazisinə düşən zəlzələnin gücü 6.7 bal olmuşdu. Güclü dağıntılar nəticəsində 60 nəfər həyatını itirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.