Dünyanın hegemon ölkələri arasında kosmos müharibələri: Ay kimin olacaq?

5-07-2019, 15:36           
Dünyanın hegemon ölkələri arasında kosmos müharibələri: Ay kimin olacaq?
ABŞ və Çin başda olmaqla dünya ölkələri indi də Aya göz dikib.
“Yeni Sabah” “CNN Türk”ə istinadən xəbər verir ki, Ay “Apollo”nun enişindən 50 il sonra yenidən dünya ölkələrinin ən böyük hədəflərindən birinə çevrilib. “Ay müharibələri”ndə Hindistan, İsrail, Yaponiya da iştirak edir. Ancaq ABŞ, Çin və Rusiya bu yarışda öndədir.

Hər ölkənin öz planı

Hindistan bu yay üçün Aya səyahət planlaşdırır. Qarşıdakı 3 il ərzində isə insanları bu əraziyə yerləşdirmək planlaşdırılır. Bununla bağlı sınaq etmək üçün orbitə peyk və texniki vasitələr göndəriləcək.

Avropa Kosmos Agentliyi də Ay tədqiqatlarını genişləndirməyi düşünür. Agentlik su mənbələrini və kimyəvi maddələri araşdırmaq üçün 2022-ci ildə Ayın Cənub qütbünə kosmos aparatı endirməyi planlaşdırır.

Yaponiyanın Kosmos Agentliyi isə ay səthindəki araşdırmalarda istifadə edəcəyi xüsusi aparat üçün “Toyota” ilə əməkdaşlıq edib.

İlk insansız kosmos aparatı uğursuzluğa düçar olan İsrailin yarışdan geri çəkilmək niyyəti yoxdur. Artıq ikinci aparatın hazırlanmasına start verilib.

Rusiya Ay koloniyasi yaratmağı planlaşdırır.

ABŞ isə qarşıdakı 5 il ərzində vətəndaşlaırnı Aya göndərəcəyini açıqlayıb.

Çin bu məsələdə ən iddialı olanlardandır. Yanvar ayında “Chang'e 4” adlı pilotsuz kosmos aparatını Ayın qaranlıq səthinə endirərək bir ilkə imza atan Çin orada stansiya da yaradıb. Çinin hədəfləri arasında dünyanın ən böyük kosmos teleskopunu istifadə etmək, Beynəlxalq Kosmik Stansiyasına (BKS) rəqib olacaq kosmos stansiyası yaratmaq və dünyanın ən ağır roketini kosmosa göndərmək də var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.