Alyaskada tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb

6-07-2019, 07:04           
Alyaskada tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb
Alyaska ştatının bir sıra rayonlarında tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli meteorologiya xidməti məlumat yayıb.

Meteoroloqların verdiyi məlumata görə, 4 iyul tarixində Alyaskanınən iri şəhəri olan Ankoricedə havanın temperaturu 32.2 dərəcə selsiyə qədər yüksəlib. Sonuncu dəfə ən yüksək göstərici 1969-cu ilin iyun ayında 29,4 dərəcə olub.

Bundan başqa Kenay yaşayış məntəqəsində havanın temperaturu 31,6 dərəcə, Kinq-Salmonda 31,6 dərəcə isti müşahidə edilib. Qeyd olunub ki, Alyaskanın cənub ərazilərində də yüksək hərarətin bir neçə gün davam edəcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.