NATO-dan Rusiyaya: Bu addımı at, sazişi xilas et!

6-07-2019, 09:18           
NATO-dan Rusiyaya: Bu addımı at, sazişi xilas et!
Rusiya ən qısa müddətdə 9M729 raketlərindən xilas ola bilər. Əgər bunu edərsə, Yaxın və orta mənzilli nüvə müqaviləsini xilas edə bilər.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.

Rusiyanın 1987-ci ildə bir neçə həftə ərzində naviqasiya raketləri ilə orta mənzilli raketlərini məhv etməyə nail olduğunu deyən Stoltenberq Moskvanın müqaviləyə uyğun olaraq, eyni addımı təkrarlaya biləcəyini vurğulayıb.

Qeyd edək ki, daha öncə NATO rəsmiləri dəfələrlə Rusiyanın 9M729 raketləri ilə müqaviləni pozduğunu bəyan edib. Rusiya tərəfi isə bildirib ki, raketlər nə inkişaf etdirilib, nə də sınaqdan keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.