Kaliforniyada 7,1 bal gücündə zəlzələ baş verib

6-07-2019, 09:54           
Kaliforniyada 7,1 bal gücündə zəlzələ baş verib
ABŞ-ın Kaliforniya ştatının cənubunda zəlzələ baş verib.

Qaynarinfo Avropa Aralıq Seysmologiya Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkan 7,1 bal gücündə qeydə alınıb.

Zəlzələnin episentri Los-Ancelesin 193 km şimalında, ocağı isə 10 kilometr dərinlikdə olub. Bir nəfərin yüngül xəsarət aldığı deyilir.

Los-Anceles hava limanının rəhbərliyi öz açıqlamasında bildirib ki, təbii fəlakət təyyarələrin iş qrafikinə təsir etməyib.

Bu, son günlərdə bu bölgədə baş vermiş ikinci zəlzələdir. İyulun 4-də burada 6,6 maqnitdualı zəlzələ baş vermişdi. Həmin zəlzələ Rickrest şəhərindən 18 km şimal-qərbdə, 8,7 km dərinlikdə qeydə alınmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.