Almaniyada çoxdan gözlənilən qanun paketi qəbul edildi – Sığınacaq, əmək miqrasiyası və deportasiya

8-07-2019, 09:50           
Almaniyada çoxdan gözlənilən qanun paketi qəbul edildi – Sığınacaq, əmək miqrasiyası və deportasiya
Almaniyada uzun müddət davam edən müzakirədən sonra parlament (Bundestaq) sığınacaq, əmək miqrasiyası və deportasiya məsələsini əhatə edən yeddi qanunun daxil olduğu paketi qəbul edib. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, qanuna edilən sonuncu dəyişikliyə görə, Almaniyada yaşamaq üçün minimum xərclərinin artması ilə əlaqədar sığınacaq axtaran şəxslərə edilən yardımın da məbləği artırılıb: bu vaxta kimi sığınacaq axtaran şəxslərə ayda ödənilən 135 avro yerinə 150 avro ödəniləcək.

Daimi işi olan və alman dilində danışan hər hansı bir qaçqın işlədiyinə görə müvəqqəti yaşamaq hüququ əldə edəcək. Bu qayda bütün sığınacaq axtaranlara deyil, Almaniyaya 1 Avqust 2018-ci ilə qədər gələnlərə şamil odiləcək.
Yeni qanun Almaniyada təhsilə başlayan şəxslərə Almaniyada rəsmi qalmaq imkanını yaradır. Almaniyada qanuni yaşayan sığınacaq axtaran şəxslər üçün dil kurslarına başlamaq imkanı verəcək. Bu vaxta kimi bu sahədə olan problemlər aradan qaldırılacaq.

► Deportasiya

Sığınacaq axtaran və müraciəti rədd edilən şəxslərin ölkədən çıxarılmalarını daha daha effektiv şəkildə yerinə yetirmək üçün də qanuna dəyişiklik edilib. Yeni qanun sığınacaq axtaranlar üçün ciddi deportasiya qaydalarının tətbiqini nəzərdə tutub.

► Əmək miqrasiyası

Miqrasiya paketində qəbul edilmiş qanunlardan biri “İxtisaslı mütəxəssislərin İmmiqrasiyası haqqında” (Fachkräfteeinwanderungsgesetz) qanundur. Qanun üçüncü ölkələrin ixtisaslı mütəxəssislərinə bu vaxta kimi mane olan bir sıra bürokratik maniələri aradan qaldırır. İş axtarışı proseduruna görə onların vəziyyəti bu qanunla alman universitetlərinin xarici məzunları ilə eyniləşdirilib.

Almaniyada tələb olunan ixtisas sahibi olanlar və yetərli alman dilli mütəxəssislərə altı ay ərzində Almaniyada iş axtarmaq imkan verilir. Əmək miqrasiyası haqqında sadalanan qaydaları tənzimləyən bu qanun 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək.

Qanunsuz əmək fəaliyyətinə qarşı mübarizə

Üçüncü ölkələrdən olan əməkçi miqrantlar üçün əlverişli şərait yaratmaqla Almaniya hökuməti eyni zamanda qanunsuz əmək fəaliyyəti və ya əmək müqaviləsi olmadan işləyənlərə qarşi daha ciddi şəkildə mübarizə aparmaq niyyətindədir. Bununla bağlı Federal maliyyə naziri Olaf Scholze (SPD) tərəfindən təklif olunan müvafiq qanun layihəsi də qəbul edildi. Qara işlərə-yəni əmək müqaviləsi bağlamadan çalışanlara nəzarətin gücləndirilməsi üçün xüsusi bir gömrük qurumu yaradılacaq və əmək bazarına nəzarət üçün onlara geniş səlahiyyətlər veriləcək. Əvvəlcə gömrük işçiləri qanunsuz məşğulluğu aradan qaldırmaq üçün işəgötürənlərə nəzarəti artırmaqla, onlarla geniş iş aparacaqlar. Yeni yaranan quruma həmçinin uşaq əməyinin istismarının qarşısının alınması üçün tədbirlərin keçirilməsi və insanların məcburi əmək və əməyin istismarı kimi hallardan qorunmaq kimi geniş səlahiyyətlər verilib.

► BAföG Reformu

Bundestaq həmcinin BAföG təhsil üçün dövlət yardımı sahəsində qanuna dəyişiklik nəzərdə tutan qanun qəbul edib. BaföG proqramının iki mərhələdə aparılması planlaşdırılır: 2019-cu ildə və 2020-ci ilin əvvəlində təhsil alanlara dəstəyin miqdarı mövcud 735 avrodan 861 avroya qədər artacaq. Bundan başqa mənzil üçün subsidiyalar, tibbi sığortalar üçün əlavə ödənişlər və sair nəzərdə tutulur. BaföG proqramlarında nəzərdə tutulan yardımların geri qaytarılma müddətinin də uzadılacağı nəzərdə tutulur.

► Yeni pensiya

01 iyul 1919-cu ildən təxminən 21 milyon təqaüdçü daha yüksək pensiya almağa başlayıb. Almaniyanın qərb torpaqlarında təqaüdlər 3,18%, şərqdə isə 3,91% artıb. Eyni zamanda artıq 48 milyon təqaüdçünün ilk dəfə gəlir vergisi ödəyəcəyi nəzərdə tutulur.

► Qəyyumlar və onlar üçün ödənişlər

Bundestaq, qəyyumlar və onlara ödənişlə bağlı qanuna edilən dəyişikliklər haqqında Qanunu təsdiqlədi. Bu ödənişin məbləği son 14 ildə dəyişməmişdi. Hal-hazırda Almaniyada təxminən 1.3 milyon insanın qayğıya və ya köməkçiyə ehtiyacı var. Mütəxəssislər və qəyyumları, əvvəlki saatlıq məzənnə əvəzinə, bir dəfə ödənişlər ediləcəklər və bu da qayğı və maliyyə xərclərinə sərf olunan vaxtdan asılı olacaq. Orta hesabla, ödəniş 17% artacaq. Bu dəyişiklik 01.08.2019-cu il tarixindən qüvvəyə minir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.