Suriyadakı S-300-lər İsrail təyyarələrini niyə dayandıra bilmir? - Rusiyadan açıqlama: “YER ƏYRİDİR”

8-07-2019, 22:03           
Suriyadakı S-300-lər İsrail təyyarələrini niyə dayandıra bilmir? - Rusiyadan açıqlama: “YER ƏYRİDİR”
İsrailə məxsus təyyarələrin Suriyadakı obyektlərə tez-tez etdiyi hava hücumlarının S-300 hava hücumundan müdafiə sistemləri tərəfindən niyə dayandırıla bilməməsinin səbəbi meydana çıxıb. Bir nəfər rus hərbi mütəxəssisi dünyanın əyri olması səbəbindən Suriyadakı S-300 hava hücumundan müdafiə sistemlərinin İsrailin hərbi təyyarələrini hədəfə ala bilmədiyini söyləyib. Rusiyalı hərbi mütəxəsisis Aleksey Leonkov bunun əsas səbəbinin S-300 sistemlərinin dağlıq ərazilərə yerləşməsi olduğunu deyib.

Radar antenlərin yer səthindən 5-10 metr yüksəkliyi görmədiklərini bildirən Leonkov deyib: “Əgər antenlər bir dağda quraşdırılbsa, o zaman bu 5-10 metrə dağın yüksəkliyini də əlavə eləməlisiniz. Normal bir radarın yaydığı dalğalar yuxarıya doğru düz cizgilər şəklində hərəkət edər. Lakin dünya dəyirmi olduğu üçün bu cür radarların üfüqün o tərəfində nə olduğunu görməsi mümkün deyil. Xüsusilə yüksək yerlərə yerləşdirildikləri zaman siqnallar yuxarıya doğru hərəkət edəcəyi üçün aşağıdakı hədəflərin radara düşməsi çətinləşdir”.

Mütəxəssis Rusiya sistemlərinin uğursuzluğunun səbəbləri arasında suriyalı hərbçilərin S-300 sistemlərinin idarəsində zəif olduqlarını da göstərib. İsrailin “ImageSat International” şirkəti qısa müddət bundan əvvəl Suriyanın şimalındakı Masyaf bazasına yerləşdirilmiş 4 ədəd işlər S-300 raket sisteminin təsvirlərini paylaşmışdı.

Moskva S-300 radar və raket sistemlərini 2018-ci ilin oktyabr ayında Suriyaya təslim eləmişdi.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.