“British Airways” şirkəti 229 milyon dollar cərimə edilib

9-07-2019, 07:33           
“British Airways” şirkəti 229 milyon dollar cərimə edilib
Böyük Britaniyanın “British Airways” şirkəti dünya aviasiya tarixində rekord sayılacaq bir məbləğdə-tam 229 milyon dollar cərimə cəzasına məruz qalıb.

Musavat.com-un BBC-ə istinadla verdiyi xəbərə görə, buna əsas səbəb şirkətin müştərilərin şəxsi məlumaları ilə ehtiyatsız şəkildə davranışı səbəb olub.

Bu, personal məlumatların müdafiəsi haqqında yeni qanunuvericiliyin tətbiq olunduğu ilk hal olmaqla bərabər, Böyük Britaniya tarixində də müştərilər haqqında informasiya sızıntısına görə verilən ən böyük pul cəzasıdır.

Belə ki, 2018-ci ilin sentyabrında hakerlərin “British Airways”in saytından 380 min tranzaksiya barədə məlumatı oğurladıqları ortaya çxıb. Bununla kompüter piratları insanların şəxsi nömrələrini və CVV-lərini, yəni bank kart kodlarını ələ keçirməyə müvəffəq olublar. Həmin vaxt şirkət qəsdən, olduqca mahir şəkildə planlanmış haker hücumunun qurbanı olduğunu və müştərilərə dəyən zərəri ödəyəcəyini bəyan etmişdi.
Bu il iyulun 8-də isə hökumətin İnformasiyaların qorunması üzrə agentliyi “British Airways”ə 2017-ci ildən bu yana dövriyyəsinin 1,5%-i qədər cərimə yazıb. Yeni qanunla həmin cərimə daha böyük ola bilərmiş – 4%.

Aviaşirkət Böyük Britaniya hökumətinin qərarından təəccübləndiyini və məyus olduğunu ifadə edib. Lakin Böyük Britaniyanın İnformasiyanın qorunması üzrə komissarı Elizabet Denem qanunun tələblərinin açıq və aydın olduğunu söyləyib: “Əgər sizə hansısa informasiyanı əmanət ediblərsə, onu qorumağa borclusunuz. Əks təqdirdə insanlar üçün narahatlıq yaradırsız”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.