BP-nin bir neft gəmisi Hörmüz boğazından keçməyə qorxduğuna görə dayanıb

9-07-2019, 11:04           
BP-nin bir neft gəmisi Hörmüz boğazından keçməyə qorxduğuna görə dayanıb
Britaniyanın bir neft gəmisi İran dəniz qüvvələri tərəfindən saxlanılmasından ehtiyatlanaraq, Fars Körfəzində Səudiyyə Ərəbistanı sahilində dayanıb.

SalamNews xəbər verir ki, bu barədə Blomberg Agentliyi məlumat verib.

Mənbə bildirib ki, yükünü İraqın Bəsrə şəhərindən götürən Britaniyanın BP şirkətinə məxsus bir neft gəmisi İran qüvvələri tərəfindən saxlanılmağından qorxaraq, Səudiyyə Ərəbistanı sahilində lövbər atıb.

Əlavə edilib ki, BP-nin “British Heritage” adlı gəmisi şənbə günü hərəkətə başlamalı olduğu halda hələ də Səudiyyə sahilində qalmaqdadır. BP və gəmi heyəti Fars Körfəzində bir yerdə və ya Hörmüz boğazında İran dəniz qüvvələri tərəfindən saxlanılmasından ehtiyatlanırlar.

Gəminin bir milyon barel civarında neft daşıdığı bildirilir.

Qeyd edək ki, Britaniya dəniz qüvvələri ötən həftə Cəbəli-Tariq Muxtariyyətinin sahillərinə yaxın sularda İranın bir neft gəmisini saxlayıb. Britaniya iddia edib ki, İran Suriyaya neft daşımaqla Avropa ittifaqının rəsmi Dəməşqə qarşı sanksiyalarını pozur.

İran gəminin sərbəst buraxılmayacağı təqdirdə cavab addımı atacağını deyib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.