ABŞ-ın hərbi dəniz qüvvələri naziri Pentaqona müvəqqəti başçılıq edəcək

10-07-2019, 07:54           
ABŞ-ın hərbi dəniz qüvvələri naziri Pentaqona müvəqqəti başçılıq edəcək
ABŞ-ın hərbi dəniz qüvvələri naziri Riçard Spenser Senatda Mark Esperin müdafiə naziri vəzifəsinə namizədliyinin müzakirələri ilə əlaqədar bir müddət Pentaqonun başçısı olacaq.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsinə istinadən “Military Times” yazıb.

Nəşr qeyd edib ki, qanunvericiliyə əsasən Senatda Mark Esperin Pentaqonun başçısı postuna namizədliyinə baxıldığından o, hələ ki, Müdafiə Nazirliyinə rəhbərlik edə bilmir.

Esperin müdafiə naziri vəzifəsinə namizədliyi iyunun 21-də prezident Donald Tramp tərəfindən rəsmən irəli sürülüb. Senatda onun namizədliyi üzrə dinləmələr yaxın vaxtlarda olacaq. Esper hələ ki, əvvəlki quru qoşunları naziri vəzifəsini icra edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.