Marsda cırtdan yadplanetli skeleti tapıldı

10-07-2019, 20:00           
Marsda cırtdan yadplanetli skeleti tapıldı
Marsda aparatların köməyi ilə qalmaqallı kəşfə imza atılıb.

Teref.Az ölkə.az-a istinadən bildirir ki, amerikalı alimlər yadplanetli ayağının skeletinin bir hissəsini tapıblar. Ufoloqlar fotonu diqqətlə izlədikdən sonra kəşfin sümük toxuması olduğu qərarına gəliblər. Elm dünyası isə bunun daşlamış dağ kristalı olduğunu iddia edir.

Amma yadplanetli ekspertlər isə bunun insanabənzər məxluqun ayaq sümüyü olduğunu bildirirlər. Onlar bu kəşfin Qırmızı planetdə nə vaxtsa şüurlu məxluqların yaşadığına dair sübut kimi qəbul edirlər.

Mars sakinlərinin insana bənzər skeleti olub. Daxili orqanlar və dəri örtüyü tamamilə fərqli və özəl olub. Ehtimal edilir ki, marslıların yüksək intellekti olub.

Konspiroloqların fikrinə görə, Marsın sərt iqliminə görə yadplanetlilər xırda insan kimi olublar. Ufoloqlar isə qeyd edirlər ki, Qırmızı planetin növbəti tədqiqatı daha çox məlumat əldə etməyə, qədim Mars sivilizasiyası barədə faktları öyrənməyə kömək edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.