Pompeo Qətər Əmiri ilə Fars körfəzindəki vəziyyəti müzakirə edib

11-07-2019, 07:31           
Pompeo Qətər Əmiri ilə Fars körfəzindəki vəziyyəti müzakirə edib
ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonda Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb və onunla Fars körfəzindəki gərgin vəziyyəti müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin İranın qeyri-sabitlik fəaliyyətlərinə qarşı birləşməsinin əhəmiyyətini müzakirə ediblər.

Sudan, Liviya və Əfqanıstan da daxil olmaqla, digər vacib regional məsələlər diqqət mərkəzində olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.